Paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində piyadalar üçün səki yoxdur. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.

Adıçəkilən massivin Əsəd Əhmədov küçəsində piyada səkisi olmadığından sakinlər əziyyət çəkirlər.

“Gediş-gəliş çox olduğundan camaat avtomobil yoluna çıxmalı olur. Burada cəmi 1 nəfərlik yer var”, – deyə sakinlər şikayət edirlər.

Səkinin balaca olması bəs deyilmiş kimi, ərazidə olan obyektlər də oranı zəbt edirlər. Heç kim də bunun qarşısını almır.

“Standartlara görə, səkilərin eni 75 sm 2 m arası olmalıdır. Burada isə heç 75 sm enliyi yoxdur”, – deyə nəqliyyat eksperti Aslan Əsədov bildirib.

Yasamal RİH və Avtomobil Yolları Dövlət Agentliyi məsələ ilə bağlı bildirib ki, piyada səkiləri onların səlahiyyətində deyil. Səkini zəbt edən obyektlərə isə dəfələrlə xəbərdarlıq edilib, ancaq onlar qaydalara riayət etmirlər.

Yeni Yasamalda 1 nəfərlik piyada səkisi
Foto Baku Tv-nin rəsmi Youtube kanalı