Azərbaycan Alpinizm Federasiyasının Baş katibi İsrafil Aşurlı dünyanın 5-ci ən hündür zirvəsində bayrağımızı dalğalandırdı. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir.

Hündürlüyü 8485 metr olan Makalu dünyanın 5-ci ən hündür zirvəsidir.  Zirvə səkkizminliklər arasında ən çətin dağlardan biridir.  Dağa təşkil edilən ekspedisiyaların yalnız 30%-i uğurla başa çatır.

Bu, İsrafil Aşurlının fəth etdiyi sayca 6-cı səkkizminlik zirvədir.

Daha öncə, ötən ilin iyul ayında Aşurlı 8051 metr yüksəklikdə yerləşən Broud-Pik zirvəsinə çıxıb.