Paytaxtın Sabunçu rayonunda yeniyetmə və kişi arasında bıçaqlanma baş verib. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə rayonun Bakıxanov qəsəbəsində baş verib. 13 yaşlı Turqud Səfərov aralarında yaranan münaqişə nəticəsində 36 yaşlı Nurin Abbasovu bıçaqlayıb. Qarnından yaralanan kişi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.