Paytaxtın Nizami rayonunda quldurluq edən şəxs tutulub. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Elsevər Məmmədov rayonun Q.Qarayev, 61 ünvanında zərərçəkəni döyərək, pulunu və digər qiymətli əşyalarını oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.
Elsevər Məmmədovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.