Bakının Yasamal rayonunun Tbilisi prospektində iki avtomobilin sürücüləri arasında münaqişə yaranıb. Bu haqda bu gün, 20 may tarixində Oxu.az sosial şəbəkələrə istinadən məlumat verib.

“Toyota Prius” markalı avtomobilin sürücüsü başqa avtomobilin sahibinin ünvanına qeyri-etik ifadələr işlədib, nəqliyyat vasitəsinin şüşəsinə yumruq vurub.

Onun əməlinin səbəbi məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Nurlan Əliyev bildirib ki, faktla bağlı araşdırma aparılır.