Paytaxtın “Sahil” metro stansiyası yaxınlığında, Bülbül prospekti ilə Xaqani küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az məlumat verib.

Hadisə gecə saat 00:30 radələrində baş verib. Şahidlərin sözlərinə görə,  sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil maneəyə çarpılıb və aşıb. Hadisə yerinə polis və təcili tibb yardım briqadaları cəlb olunub.