Bank kartından pul oğurlayan Bakı sakini tutulub. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Paytaxt sakini, əvvəllər məhkum olunmuş Rasim Nəbiyev bir nəfərin bank hesabından 220 AZN oğurlamaqda şübhəli bilinir.

Onun barəsində araşdırma aparılır.