Xəzər dənizinin Bilgəh sahilində təmizlik aksiyası keçirilib. Bu haqda bu gün, 20 may tarixində Report məlumat verib.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin, eləcə də EcoHub ekoloji platformasının könüllülərinin iştirakı ilə təşkil olunub.
İməcilik zamanı dəniz kənarında 240 kq tullantı toplanaraq çeşidlənib və aidiyyəti üzrə daşınıb. Bu cür aksiyaların mövsüm boyu hər həftəsonu keçirilməsi nəzərdə tutulub.
