Tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin xatirəsi abidələşdirilib. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az 32gun.az-a istinadən məlumat verir.
Ötən gün ilahiyyatçının imamı olduğu Məşədi Dadaş Məscidinin yanında xatirə lövhəsi quraşdırılıb.
48 yaşlı ilahiyyatçı martın 2-də səhər saatlarında Yasamal rayonunda yerləşən evində dünyasını dəyişib. Onun ürəktutmadan öldüyü bildirilib. Vida və dəfn mərasimlərində vəzifəli şəxslər daxil olmaqla minlərlə insan iştirak edib.