Bakının Xətai rayonunda yol qəzası baş verib, bir nəfər xəsarət alıb. Bu haqda bu gün, 20 may tarixində Report məlumat verib.

İki avtomobilin toqquşması nəticəsində 22 yaşlı Dəyanət Bağırov müxtəlif dərəcəli xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.