Paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən 19, 14, o cümlədən 266 saylı məktəbin şagird və müəllimləri təhlükədədirlər. Çünki onların yolu tikinti işləri aparılan meydançadan keçir. O meydançadan ki, ərazidə heç bir təhlükəsizlik tədbirləri görülməyib. Bu gün, 20 may tarixində Bakuplus.az Space Xəbər-ə istinadən məlumat verir.
Məktəbin giriş hissəsində ucaldılan çoxmərtəbəli binanın tikintisi ötən il dayandırılanda yolu bu ərazidən keçən hər kəs təhlükənin sovuşduğunu güman edirdi.
Avtomobil və piyada yoluna, hətta məktəbin girişinə yaxın hündürmərtəbəli bina inşa olunur. Və binanın hər mərtəbəsi ucaldıqca təhlükə də hər ötən gün artmaqdadır. Hətta bu məktəbdə bir neçə dəfə şagirdlərin başına hündürmərtəbəli binadan tikinti materialları da düşüb.
Nəsimi rayonunun Alı Mustafayev, 29 ünvanında “Olimpus” MTK tərəfindən tikilən binanın yaratdığı təhülkə ilə bağlı hər 3 məktəb tərəfindən dəfələrlə aidiyyəti qurumlara şikayət olunub. Bu tikinti şirkəti ərazidə daha bir çoxmərtəbəli binanın tikintisinə hazırlaşır.
Nəsimi RİH-dən bildirildi ki, məktəb rəhbərlərinin müraciətləri əsasında “Olimpus” MTK-ya təhülkəsizlik tədbirlərinin görülməsi tövsiyə edilib.
Dövlət şəhərsalma və arxitektura komitəsindən isə mövzu ilə bağlı heç bir mövqe öyrənə bilmədik.
