Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı sakini, əvvəllər məhkum olunmuş Aqşin Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.