Paytaxtın Suraxanı rayonunda narkotik alverçisi tutulub. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Əmircan qəsəbə sakini Ş.Mustafayev saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 1 kiloqram 15 qramdan artıq heroin və 103 qramdan artıq metamfetamin tapılıb.
Faktla bağlı araşdırmaya başlanılıb.