Paytaxtın Nəsimi rayonunda növbəti iməcilik keçirilir. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Keçirilən iməcilik çərçivəsində rayon ərazisində prospekt və küçələrin səki kənarları, bordürlər, işıq dirəkləri, reklam lövhələri, eləcə də yol kənarındakı zibil konteynerləri yuyularaq təmizlənmişdir.

Bundan əlavə, parklarda, həyətlərdə, xiyabanlarda alaq otları təmizlənmiş, yaşıllıq zolaqlarına qulluq göstərilmişdir. Eyni zamanda qazon örtükləri və quru otlar biçilərək təmizlənmişdir.

Abadlıq işləri rayonun müxtəlif ərazilərində davam edir.

Nəsimi rayonunda abadlaşdırılma işləri aparılır

Nəsimi rayonunda abadlaşdırılma işləri aparılır
Nəsimi rayonunda abadlaşdırılma işləri aparılır
Nəsimi rayonunda abadlaşdırılma işləri aparılır
Nəsimi rayonunda abadlaşdırılma işləri aparılır Nəsimi rayonunda abadlaşdırılma işləri aparılır Nəsimi rayonunda abadlaşdırılma işləri aparılır