Bakının Pirallahı rayonunda ruhi xəstə kişi itkin düşüb. Bu haqda bu gün, 20 may tarixində APA məlumat verib.
Ruhi əsəb xəstəsi, 47 yaşlı Vladimir Novikov mayın 15-də saat 06:00 radələrində yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. Kişinin itkin düşməsi ilə bağlı qohumu Yulian Novikov polisə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.