Paytaxtın Qaradağ rayonunda maşın işıq dirəyinə çarpılıb. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Camry” markalı nəqliyyat vasitəsi rayon ərazisində hərəkətdə olan zaman idarəetmədən çıxıb və yol kənarındakı işıq dirəyinə çarpılıb. Nəticədə 2 nəfər xəsarət alıb, avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Təfərrüatlar araşdırılır.