İyunun 4-də saat 09:00-da Heydər Əliyev Mərkəzinin parkında “Sağlam Qadın – Sağlam Cəmiyyət” layihəsi çərçivəsində xanımlar üçün tədbir keçiriləcək. Bu gün, 20 may tarixində Bakuplus.az məlumat verir.
Məşqə giriş sərbəstdir. İştirak etmək istəyən xanımlar qeydiyyatdan keçməklə tədbirə qoşula bilərlər.
Layihənin məqsədi qadınların həyatında idmanın rolunun artırılması və sağlam həyat tərzinə çağırışdır.