Paytaxtın Nərimanov rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.

Hadisə rayonun Fətəli Xan Xoyski küçəsində baş verib. Köməkçi yoldan əsas yola keçən “Prius” markalı avtomobil yolu keçən piyada qadını vurub. Nəticədə qadın xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.