Yay mövsümündən əvvəl daha incə görünmək istəyirik. Bu fəsil aktiv olmağa ilhamlandırır və bunun üçün imkanlar yaradır. Bu gözəl dövrü divanda oturmaqla keçirməyin, açıq havadan yararlanın və bədəninizin dəyişikliklərindən zövq alın.
Yayda fit qalmaq üçün siyahıdan bir fəaliyyət seçməklə siz heyrətamiz olacaqsınız. Bakuplus.az komandası olaraq izləyicilərimiz üçün maraqlı və aktiv təklifləri hazırlamışıq.
Təbiətə çıxaq!
Günəş öz istisi ilə sevindirəndə dörd divar arasında oturmaq mümkün deyil. Fürsətdən istifadə edərək gəzintiyə çıxın və ya həvəskar alpinizmlə məşğul olun. Gəzinti zamanı çoxlu emosiyalar yaşayacaq, sağlamlığınızı yaxşılaşdıracaq və yeni yerlər görəcəksiniz.
Dağlara kiminlə gedək: Explore Mountains, Mountain Host, Baku Alpine Club, QARTAL Dağçılıq İdman Klubu
İkitəkərli dostumuz
Bir çox insanlar gəzməyi sevməsə də, velosiped sürməyə üstünlük verirlər. Alimlərin fikrincə, daim velosiped sürmək qan dövranı sistemini yaxşılaşdırır, sürətli maddələr mübadiləsini təşviq edir və yüklənmə baxımından trenajorlarda orta məşqlə müqayisə edilə bilər. Bundan əlavə, əzələ tonusu 30-40% yaxşılaşır.
Kiminlə sürək: Velosiped Telimi Səhərlə, TRITERRA Baku Triathlon Club
Həyatımıza adrenalin qataq
Adrenalin qana nə qədər çox daxil olursa, bir o qədər çox və tez çəkinizi itirirsiniz. İstənilən parkda mövcud olan ən asan yol diyircəkli konki və ya skeytborddur. Siz nəinki tam məşq edir və çoxlu emosiyalar yaşayırsınız, həm də “faydalı stres” dozası alırsınız.
Kimə qoşulaq: Denis Rahmanin, Roller Band, Official Page Of Rollers
Bulvarda kangoo jumps
Kangoo Jumps – xüsusi çəkmələrdə fitnes dərsləridir. Bu cür məşqlər çox yüksək intensivliyə malikdir və bütün bədənin dözümlülüyünü artırmağa yönəlib. Dərslər arıqlamağa və bədənin ümumi tonusunu artırmağa kömək edir.
Kimlə məşq edək: Jumping Fitness
Açıq havada yoqa və meditasiya
Bu tendensiya son bir neçə ildə çox məşhurlaşıb. Yaz parkının nə qədər gözəl, sakit və təravətli olduğunu, səhərlər orada nə qədər təmiz hava olduğunu, quşların nəğmələrini və günəşin necə xoş isitdiyini təsəvvür edin. Həmfikir insanların əhatəsində günə gözəl bir başlanğıc verib, bu hava ilə nəfəs alın.
Kimlə nirvanaya gedək: Yoga Academy Baku, Yoga Shahi, Chandra Yoga, Elçin Quliyev