Sözügedən ərazilərdə dayanan avtomobillər oradan uzaqlaşdırıldı. Səkilər piyadalara geri qaytarıldı.

Bu haqda İcra Hakimiyyətindən açıqlama verilib.

14:30: Bakıda piyada səkiləri parkinqə çevrilib

Bakıda piyada səkisini parkinqə çevirmək “ənənəsi” davam edir. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.

Belə ki, paytaxtın Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsindəki “ABU Arena”nın yaxınlığında, eləcə də Nəsimi rayonunun Vaqif prospektindəki “Batıgöz Azərbaycan” klinikasının yaxınlığında piyada səkiləri zəbt olunaraq avtomobillər park olunub.  Sakinlər hərəkət etməkdə ciddi çətinlik çəkir, avtomobil yoluna çıxmağa məcbur olurlar.

Məsələ ilə bağlı İcra Hakimiyyətlərinə müraciət ünvanlanıb.