QOÇ bürcü
Bu həftə Qoçlara məqsədlərinə çatmağa və bəzi arzularını yerinə yetirməyə kömək edəcək mühüm müsbət dəyişikliklər vəd edir. Həftəyə enerjili başlayacaqsınız, maliyyə imkanlarınızla bağlı problemləri asanlıqla geridə qoyacaqsınız. Gəliriniz arta bilər: maraqlı təklif gözləyin. İşdə tapşırıqlara ciddi yanaşsanız, karyeranızda irəliləyiş və əməkhaqqınızı artırmaq imkanı yaranacaq. Uğurlu günləriniz 24, 26 may, uğursuz gününüz isə 23 maydır.
BUĞA bürcü
Həftənin başlanğıcı Buğa bürcləri üçün şəxsi həyatlarında mühüm dövr olacaq: yeni tanışlıq yarana və ya ailə qurmağa doğru addım atıla bilər. Flirt və sevgi macəralarına baş-başa qərq olmaq mümkün olacaq. İşdə sizi tez bir zamanda uğura aparacaq kiçik dəyişikliklər gözləyin. Ümumiyyətlə, cəsarətli və riskli qərarlar verməkdən qorxmayın, necə deyərlər “risk etməyən şampan içməz”. Uğurlu günləriniz 23, 24 may, uğursuz gününüz isə 27 maydır.
ƏKİZLƏR bürcü
Bu həftə sürprizlərlə dolu olacaq: artıq bitmiş hesab etdiyiniz münasibət, əslində, bitməyib. Sevgi yenidən alovlana bilər. Hələ ikinci yarısını tapmayan Əkizlərin bəxti açılacaq: Dolça, Şir və ya Oğlaq sizin gələcək həyat yoldaşınız ola bilər. Həftəsonu ciddi dəyişikliklər mümkündür: yeni işə düzəlmək və ya daimi yaşamaq üçün başqa ölkəyə köçmək ehtimalı var. Uğurlu günləriniz 25, 28 may, uğursuz gününüz isə 24 maydır.
XƏRÇƏNG bürcü
Çoxdan istədiyiniz işi həyata keçirmək şansınız olacaq: bu, xüsusilə karyera və peşəkar inkişafa diqqət yetirənlər üçün fürsət olacaq. Bəlkə də sərfəli iş təklifi ala bilərsiniz: indidən qazandığınız böyük pulları hara xərcləyəcəyinizi planlaşdırın. Amma şəxsi həyatınızda problemlər yaşana bilər: kiçik mübahisələr və hətta ayrılığa yol aça biləcək münaqişələr istisna olunmur. Günah qarşı tərəfdə deyil, sizdə olacaq: nə əkmisinizsə, onu biçəcəksiniz. Uğurlu günləriniz 23, 27 may, uğursuz gününüz isə 28 maydır.
ŞİR bürcü
Ulduzlar ofis sektorunda çalışan Şirlərə uğur vəd edir. Bürcün tənha nümayəndələri maraqlı bir insanla tanış ola və hətta onunla birlikdə ciddi bir addım ata bilərlər. Sevgilinizlə münasibətlərdə diqqətli olun: bir söz münaqişəyə səbəb ola bilər. Həftəsonu cibiniz pulla dola bilər: böyük alış-veriş etməkdən çəkinməyin, çünki pul axını gələn həftə də davam edəcək. Uğurlu günləriniz 22, 24 may, uğursuz gününüz isə 23 maydır.
QIZ bürcü
Bu həftə aylardır yığılan problemli məsələləri həll etməli olacaqsınız.
Həyatda bəzi şeylərə baxışlarınız bir neçə gün ərzində dəyişə bilər: əhvalınızı poza biləcək pis xəbərlərə hazır olun. Həftəsonu uzun müddətdir tanıdığınız bir insan haqqında xoş xəbər alacaqsınız: həmin xəbər sizə də təsir edəcək. Çoxdandır almaq istədiyiniz əşyanı və ya mülkü tezliklə əldə edəcəksiniz. Uğurlu günləriniz 27, 28 may, uğursuz gününüz isə 26 maydır.
TƏRƏZİ bürcü
Bütün həftə məşğul olacaqsınız: səfərlər, görüşlər, tapşırıqlar sizin vaxtınızı alacaq. Yalnız şənbə günü vəziyyət bir qədər sabitləşəcək. Bu günlərdə mütləq tənbəl olmamalı, sizə təklif olunan bütün layihələri öz üzərinizə götürməlisiniz. Bu bürcün nümayəndələri risk etməkdən qorxmamalıdırlar: qorxu və şübhə uğura aparan yolda maneə törədəcək. İntuisiyaya güvənin, o sizə çox kömək olur. Sosial şəbəkədə təsadüfi tanışlıq böyük bir eşqə çevrilə bilər: Balıq, Qoç və Buğa bürcündən olan şəxslər ürəyinizi alacaqlar. Uğurlu günləriniz 23, 27 may, uğursuz gününüz isə 25 maydır.
ƏQRƏB bürcü
Əqrəb bu həftə yeni mövqe əldə edə bilər: arzu etdiyiniz karyera yüksəlişini gözləyin. Yeni həftə sizə gözlənilməz qazanclar gətirəcək. Bundan əlavə, bu bürcün nümayəndələri dostlarından səxavətli hədiyyə alacaqlar. Həftəsonu çox xoşbəxt olacaqsınız, həyat sizə şirin və nağıl kimi görünəcək. Ətrafınızda sizə pərəstiş edən insanlar çoxalacaq, hətta həyatınıza sizə görə canından keçməyə hazır olan insanlar da daxil olacaqlar. Uğurlu günləriniz 22, 23 may, uğursuz gününüz isə 24 maydır.
OXATAN bürcü
Yeni həftə Oxatanlara daha çox şeyə layiq olduqlarını başa düşməyə kömək edəcək: ani dəyişikliklər sizə ətrafınızda xoşbəxtlik anlarını sizinlə bölüşən, lakin çətin vəziyyətlərdə həmişə köməyə gələn çoxlu xeyirxah insanların olduğunu göstərəcək. Bu bürcün nümayəndələri yeni bir iş əldə edə, fəaliyyətlərini dəyişməyə qərar verə, maraqlı və çox qeyri-adi bir şey sınaya bilərlər. Bəzən Oxatan bir şey əldə etmək üçün səy göstərmir, tənbəllik edir: tale sizə çox incə bir təkan verəcək. Uğurlu günləriniz 27, 28 may, uğursuz gününüz isə 22 maydır.
OĞLAQ bürcü
Bu həftə Oğlaq çoxlu xoş xəbərlər eşidəcək. Önümüzdəki günlərdə bu bürcün nümayəndələri anlayacaqlar ki, onların irəliyə doğru getmək vaxtlarıdır: özlərinə yeni hədəflər qoyub bütün şübhələri kənara atacaqlar. Ciddi qərarlar qəbul etmək sizin üçün çətindirsə, sevgilinizdən məsləhət alın, o, mütləq sizə kömək edəcək. Həftəsonu sizi narahat edən bütün məsələləri həll edin və qara günlər ağ günlərlə əvəzlənəcək. Uğurlu günləriniz 23, 28 may, uğursuz gününüz isə 27 maydır.
DOLÇA bürcü
Həftənin əvvəlində Dolçalar çox yaxşı xəbərlər alacaqlar və xoşbəxtlikdən göyün yeddinci qatına uçacaqlar. Bu dövrdə qlobal dəyişikliklərə qərar verməlisiniz. Həftəiçi bu bürcün nümayəndələrinin əlinə varlanmaq fürsəti düşəcək: təsadüfi tanışlıq həyatınızı dəyişə bilər. İşə düzəlmək istəyənlər sevinəcəklər: axır ki, istədiyiniz işə sahib ola biləcəksiniz. Özünə ikinci yar axtaran Dolça diqqətli olmalıdır: qarşınıza sizdən istifadə etmək istəyən biri çıxa bilər. Uğurlu günləriniz 22, 27 may, uğursuz gününüz isə 23 maydır.
BALIQLAR bürcü
Balıqların qarşısına böyük sərvət çıxacaq: yeni həftə bu bürcə sevinc bəxş edəcək. Bu həftə sizə yeni iş təklif edilərsə, imtina etməyin, təklifi mütləq nəzərdən keçirin. Bəlkə də həyatınızı dəyişə və çoxlu pul qazanmağa başlaya bilərsiniz. Tezliklə bu bürcün nümayəndələri möcüzələrin mövcud olduğuna inanacaqlar: hər şey o qədər tez baş verəcək ki, Balıqlar nə qədər şanslı olduqlarını dərhal dərk etməyə bilərlər. Lakin sevgi cəbhəsində problemlər yaşana bilər: cütlüklərin ayrılmaq riski var, odur ki münasibətlərdə olduqca ehtiyatlı olmalısınız. Uğurlu günləriniz 27, 28 may, uğursuz gününüz isə 25 maydır.