Azadlıq prospektinin yan yolunda təmir işləri aparılıb. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.
Prospektin Ziya Bünyadov prospektindən Nəcəf Nərimanov küçəsinədək olan 120 metrlik hissəsində təmir çərçivəsində asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Təmir işləri 1340 kv.m-ə yaxın sahəni əhatə edib.
