Nizami rayonu ərazisində marşrut avtobusunda qadının çantasından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, qadının çantasından 1067 manat pul, sənəd və bank kartları olan pulqabı oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev saxlanılıb.
Araşdırmalar zamanı onun paytaxt ərazisində daha 3 nəfərin cibindən və çantasından ümumilikdə 2000 manatdan çox pul, sənəd və bank kartı olan pulqabılarını oğurlaması da müəyyən olunub.