Bakının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən mayın 20-də “Toyota” markalı avtomobil qaçırılıb. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Əli Abbasov 28 May qəsəbəsi ərazisində həmin avtomobili idarə edərkən saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.