Bakıda keçmiş həyat yoldaşı qadına qorxulu anlar yaşadıb. Bu haqda bu gün, 22 may tarixində Lent.az məlumat verib.
Gülnar Kazımova keçmiş əri Samir Kazımovun hər gün qapısına gəlib təhqiredici sözlər işlətdiyini bildirib. Onun sözlərinə görə, kişi hətta qapını qırmağa çalışıb.
Samir Kazımov evin təhlükəsizlik kameraları qarşısına keçərək damarlarını kəsib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları araşdırma aparırlar.