Binəqədi rayonunun Polis İdarəsində rəhbərlik dəyişib. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.

Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı Müşfiq Qubadov vəzifədən azad olunub. O, Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi təyin edilib.

Bu haqda DİN naziri Vilayət Eyvazov əmr imzalayıb.