Sürücü avtomobilini Yasamal rayonu, Zahid Xəlilov küçəsində saxlayaraq piyadaların səki ilə getməsinə mane olub. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az məlumat verir.

Yolun hər iki tərəfindən parkinq üçün müvafiq yerlər nəzərdə tutulub, avtomobillər üçün şərait yaradılıb. Buna baxmayaraq, hərəkət iştirakçılarının biri dayanma üçün qeyri-adi yer seçərək piyada səkisinin qarşısını kəsib.

Bu səbəbdən həmin səkidən nəinki arabalı piyada, həm də yüklə gedən insan isitafadə edə bilməyib. İnsanlar çətinlik çəkərək divar və avtomobil arasında dar keçiddən istifadə ediblər.

Bakıda sürücü avtomobilini saxlayaraq piyadalar üçün yolu kəsib
Foto Bakuplus.az
Foto Bakuplus.az