Paytaxtın Binəqədi rayonunda evlərdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Hadisə rayonun Biləcəri qəsəbəsində baş verib. Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov 7 evdən ümumilikdə 15.900 AZN və 1222 TL pul, eləcə də 12.000 AZN-lik qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.

Onun barəsində araşdırmalar davam edir.