Paytaxtın Binəqədi rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Alışma adıçəkilən rayonda olan “Hyundai” markalı nəqliyyat vasitəsində başlayıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Onun digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.