Bakı bulvarında yelkənli qayıqların yarışı keçiriləcək. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Azərbaycan Yelkən İdman Federasiyasına istinadən xəbər verir.

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yarışda xarici yelkənçilər də iştirak edəcəklər. “Baku Sailing Regatta-2023” 28 may Bakı buxtasında gün ərzində davam edəcək. Saat 14:00-dan sonra müxtəlif əyləncəli proqramlar təşkil olunacaq.

İştirak sərbəstdir.