Məşhur “Forsaj” filmi Bakı kinoteatrlarında nümayişə başlanılıb. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az kinoteatrlara istinadən xəbər verir.

Hamının sevimlisi olan franşızanın son hissəsinə artıq böyük ekranlarda baxmaq olar. Filmin aktyor heyətində Vin Dizel, Ceyson Momoa, Mişel Rodriqes, Şarliz Teron kimi artistlər yer alıblar. Çəkilişin büdcəsi 340 milyon ABŞ dolları təşkil edib.

“Forsaj 10” filminə rus, ingilis və türk dillərində, eləcə də “4DX” texnologiyası ilə baxmaq olar.