Bakıda bu həftə bir sıra idman tədbirləri keçiriləcək. Bu haqda bu gün, 22 may tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Tədbirlərin siyahısı:
- 28 May – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş qızlar arasında basketbol üzrə turnir – 26 may saat 10:00 (Suraxanı rayonu, 275 saylı tam orta məktəb);
- Vətən müharibəsi şəhidi Yunis Əliyevin xatirəsinə həsr olunmuş 6, 7, 8-ci sinif şagirdləri arasında minifutbol üzrə turnir (Suraxanı rayonu, 327 saylı tam orta məktəb);
- 28 May – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş voleybol turniri – 24 may saat 10:00 (Binəqədi rayonu, 135 saylı tam orta məktəb);
- Ağsaqqallar arasında “Yaşlı nəsil idmanda” adlı şahmat turniri – 24 may saat 12:00 (Nərimanov rayonu);
- “Gimnastika hamı üçün” layihəsi çərçivəsində “Mən gimnast olmaq istəyirəm” adlı tədbir – 25 may saat 11:00 (Nərimanov rayonu, ABAD məhəllə);
- Atletika üzrə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında ölkə üzrə yay birinciliyi – 26-27 may (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası);
- Həndbol üzrə Azərbaycan çempionatı – 21-28 may (ABU Arena);
- Güllə atıcılığı üzrə ölkə kuboku – 24-28 may (Bakı Atıcılıq Mərkəzi);
- U-15 kiçik yaşlı yeniyetmələr arasında ölkə birinciliyi – 23-26 may (FHN İdman Mərkəzi);
- Ağır atletika üzrə yeniyetmələrin ölkə birinciliyi – 25-27 may (Ağır Atletika Mərkəzi).