Mərkəzi Nəbatat bağında yoxlamalar aparılıb. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az İcra Hakimiyyətinə istinadən xəbər verir.
Belə ki, Mərkəzi Nəbatat bağında ağac və yaşıllıqlara baxış keçirilib, onların vəziyyəti yoxlanılıb. Monitorinqdə Ekologiya Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti iştirak ediblər. Yoxlama zamanı nöqsan aşkar edilməyib.
“Yaddan çıxarmaq olmaz ki, ağaclar da insanlar kimi canlı orqanizmdir, onlar da xəstələnir və ya zədələnərək ömrünü başa vurur. Bu səbəbdən də müalicəsi mümkün olmayan ağaclar utilizasiya edilir, onların yerində eynicinsli yeni ağaclar əkilir”, – deyə açıqlamada bildirilir.
Yoxlamalar bundan sonra da davam edəcək.
