Metroda işıqlar sönüb. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Hadisə metropolitenin “Avtovağzal” və “Xocəsən” stansiyalarında baş verib. Gərginliyin düşməsi səbəbindən işıqlar müvəqqəti sönüb.
“Problem qısa müddətdə aradan qaldırılıb. Sərnişinlərlə və qatarların hərəkəti ilə bağlı hər hansı problem yaşanmayıb”, – deyə açıqlamada bildirilib.