Bakının Xətai rayonu, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
59 yaşlı Nəzir Hacısəlimov yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “VAZ-2107” markalı avtomobil vurub.
Sürücü yaralını dərhal xəstəxanaya aparıb. Kişi reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.