Bakının Nəsimi rayonu, Hüseyin Seyidzadə küçəsində yol qəzası baş verib. Bir nəfər xəsarət alıb. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

“Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirərək işıqforda dayanan “Chevrolet” markalı avtomobilə çarpılıb. “Hyundai”də olan bir nəfər xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar, sürücüdən izahat alınıb. Sürücünün etirafına görə, onun diqqəti mobil telefonda olduğu üçün qarşısındakı nəqliyyat vasitəsini görməyib.

Hər iki avtomobilə ciddi ziyan dəyib. Nəqliyyat vasitələri cərimə meydançasına aparılıb.

Nəsimidə telefonla oynayan sürücü qəza törədib
Foto APA