Paytaxtın Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğın olub. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
2 otaqlı mənzilin mətbəxində mebel 1 p.m və 1 ədəd paltaryuyan maşın yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.