Mayın 28-də saat 12:00-da Qala Qoruğunda Çay festivalı baş tutacaq. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az məlumat verir.
Festival “Azeri Home Chef” qrupunun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə təşkilatçılığı və FinalTea-nın baş sponsorluğu ilə təşkil olunacaq.
Festivalda səfirliklərin nümayəndələri, Azərbaycanın bir neçə rayonunun təmsilçiləri iştirak edəcəklər.
Tədbirdə qonaqları müxtəlif ölkələrin və regionların çay mərasimləri ilə tanışlıq, çay restoranlarının təqdimatları, əyləncəli proqram, nərd çempionatı, uşaqlar üçün müxtəlif müsabiqələr və əlbəttə ki, ölkənin ən yaxşı həvəskar aşpazlarının iştirakı ilə “Çay Dəstgahı” kulinariya müsabiqəsi gözləyir.
Tədbirə giriş: 5 manat.