Qobustandakı faciəvi qəzada ölənlər Bakıya gəlirlərmiş. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Belə ki, həlak olan 23 yaşlı Əmrah Nuriyev və 17 yaşlı Səmayə Talıbovanın yaxın günlərdə nişanı olmalıymış. Bununla bağlı onlar Bakıya üzük almağa gəlirdilər.

Bu gün səhər saatlarında Qobustanda avtomobil yüksək sürətlə hərəkət edən zaman idarəetmədən çıxıb. Nəticədə 5 nəfər dünyasını dəyişib. Onların arasında çütlüklə yanaşı, Ə.Nuriyevin bacısı, 26 yaşlı Şəbnəm Səmədova, 23 yaşlı Məhərrəm Səmədov və 1 azyaşlı uşaq ölüblər. 51 yaşlı Şölə Nuriyeva isə xəsarət alıb.

Araşdırmalar davam edir.