Bakının “Opera studiyası”nın səhnəsində mayın 26-da rejissor Emil Quliyevin yaradıcılıq axşamı baş tutacaq. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az məlumat verir.
“Pərdə” trilogiyası, “Əqrəb mövsümü” serialı və digər filmlər çəkən Quliyev iştirakçıların suallarına cavab verəcək, onlarla həmsöhbət olacaq. Görüş zamanı avtoqraf sessiyası da nəzərdə tutulub.
Görüş saat 20:00-da başlayacaq və 1,5 saat davam edəcək. Biletləri onlayn əldə etmək mümkündür.