Bakının Səbail rayonunda birmərtəbəli 3 otaqlı evin dam örtüyü yanıb. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Həmçinin evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yüksək temperaturdan yaxınlıqda olan evin 1 ədəd pəncərə çərçivəsi qismən qarsalanıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürüblər. Xəsarət alan olmayıb.