Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində bir neçə avtomobilin iştirakı ilə yol qəzası baş verib. Bunu əks etdirən videogörüntülər bu gün, 22 may tarixində sosial şəbəkələrdə yayılıb.

İdarəetməni itirən “Mercedes-Benz” markalı avtomobilin sürücüsü yol kənarında dayanan “KİA”, “Hyundai”, “Chevrolet” və “Toyota Prius” markalı minik avtomobillərinə çarpılıb.

Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.