Bakıda fəhlələrin təhlükəsizliyi ciddi şəkildə pozulub. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.

Belə ki, paytaxtın Xətai rayonu, Gəncə prospektində fəhlələr hündürmərtəbəli binanın tikintisi zamanı təhlükəsizliyə riayət etmirlər. Onlar öz həyatlarını riskə ataraq iş görürlər.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, ümumi istehsalatda baş verən qəzaların 50%-dən çoxu tikinti sektoruna düşür.

“Qanunvericiliyə görə, iki metrdən yüksəkdəki işlər artıq hündürlükdə görülən işlər sayılır. Bu zaman hər bir işçi qoruyucu kəmərdən istifadə etməlidir. Həmin kəmərlər xüsusi sertifikasiyalı və istifadə müddəti bir-iki illik olmalıdır”, – deyə ekspert qeyd edib.

O əlavə edib ki, əgər işçi fərdi mühafizə vasitələri ilə təmin edilmirsə, o, bu işi görməyə bilər. Bunun üçün əməkhaqqısından tutulma, töhmət verilə bilməz. İşəgötürən də fərdi istifadə vasitələri verirsə, işçi istifadə etmirsə, onu işdən çıxara bilər.