Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində azyaşlı quyuya düşüb. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

1 yaşlı uşaq yaşadığı evin həyətində yerləşən, dərinliyi 2 m, həcmi isə 8 kubmetr olan yeraltı su anbarına düşüb. Nəticədə azyaşlı orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.