Xətai rayonu, M.Hadi küçəsində yerləşən mənzillərin birindən oğurluq etməkdə təqsirləndirilən Camal Sultan və Ramiz Əliyevə hökm oxunub. Bu haqda bu gün, 22 may tarixində Report məlumat verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin qərarı ilə Camal Sultan məhkəmə zalından azadlığa buraxılıb, Ramiz Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin may ayında baş verib. Paytaxtın Xətai rayonu, M.Hadi küçəsində mənzildən 62.000 dollar pul oğurlanıb. Ramiz Əliyev və Camal Sultan seyfdən pulu oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.