Paytaxtın Yasamal rayonunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun A.M.Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində baş verib. “Toyota” markalı nəqliyyat vasitəsi Əsəd Əhmədov küçəsindən gələn zaman kəsişmədə olan “Mercedes” onda çarpılıb. Bu zaman Ə.Əhmədov küçəsindən gələn “Hyundai” da “Toyota”nı vurub. Sonuncu isə Şərifzadə küçəsində olan “Changan”a dəyib.
Nəticədə 1 nəfər xəsarət alıb. Araşdırmalar davam edir.
