Azərbaycanın Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko Bakıya gəliblər. Bu haqda bu gün, 22 may tarixində Netrebko öz İnstagram səhifəsində paylaşım edib.
Eyvazov bir müddət əvvəl Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin olunan həyat yoldaşı ilə birlikdə teatrın özündə olub, bərpa işləri ilə tanış olub.
Daha sonra onlar Heydər Əliyev Mərkəzində olublar.