Bakı küçələrində ilan peyda olub. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Nizami rayonu, Bəhruz Nuriyev, 40 ünvanında binanın düz girişində zəhərli sayılan gürzə ilanı görünüb. Sakinlər özləri və uşaqları üçün çox narahat olublar.
Ərazidə olan polis əməkdaşlarının köməkliyi ilə ilan öldürülüb və basdırılıb. Lakin sakinlər belə yerdə bu cür ilanların olmasından narahatdırlar. Onlar ərazinin dərmanlanmasını istəyirlər.