Binəqədi rayonunda 7 evdən oğurluq edən şəxsin digər cinayətləri də üzə çıxıb. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov Biləcəri qəsəbəsində 7 evdən və 1 avtomobildən oğurluq etdiyinə görə tutulmuşdur. Onun barəsində aparılan araşdırma zamanı bəlli olub ki, V.Hümbətov son 9 ay ərzində Binəqədi rayonu ərazisində 50-yə yaxın evdən oğurluq edib.

Araşdırmalar davam edir.

50 evə ziyan vuran oğru tutulub
Foto DİN