Binəqədi rayonunda intihara cəhd olunub. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Hadisə 9-cu mikrorayonda, Mir Cəlal küçəsi, 123 ünvanında baş verib. 9 mərtəbəli binanın damına çıxan kişi özünü oradan atmaq istəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunaraq kişini fikrindən daşındıra biliblər.